About Us

Anjeer

Anjeer Ənənə, keyfiyyət, zəhmət və sevginin yolu!

 

Anjeer brendinə xoş gəlmisiniz gəlin tanış olaq,

Anjeer, öz köklərini illər əvvəl sadə, amma dəyərli bir ənənədən götürən ailə biznesidir. Bizim hekayəmiz öz bağımızdan başladı. Hər mövsüm bağımızda yetişən təzə və yetişmiş meyvələri toplayıb, günəşin altında xüsusi qaydada qurudaraq. Bu üsul, nəsillər boyu bizə keçən və çox sevərək tətbiq etdiyimiz bir ənənədir.

Başlanğıcda, hazırladığımız quru meyvələri yalnız yaxın qohumlarımıza, dostlarımıza və qonşularımıza təqdim etdik. Onların müsbət rəyləri və artan maraqları bizi irəliləməyə və işimizi böyütməyə ruhlandırdı. Ailəmizin dəstəyi ilə biz qərar verdik və ilk olaraq bir mağaza açaraq, öz əlimizlə hazırladığımız təbii quru meyvələri orda daha çox insanlara təqdim etməyə başladıq.

Beləliklə, Anjeer doğdu – keyfiyyət, ənənə və bizə aid olan  zəhmət və sevgiyə dayanan bir marka. Ailəvi bir təşəbbüs olaraq başladığımız bu yol, indi təbii və sağlam quru meyvə və qəlyanaltıların satışında etibarlı bir ad halına gəldi. Biz hələ də bağımızda başladığımız ənənəyə sadiq qalaraq, hər bir məhsulumuz da o sevgi və diqqəti hiss etdiririk.